AHİK sədri Səttar Möhbalıyev Duzdağ Fizioterapiya Mərkəzinə baxış keçirib

565

Noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-ə üzv təşkilatların rəhbərləri, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Duzdağ” hotel və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Səttar Möhbalıyev hoteldə istirahət edənlərin qaldığı korpus otaqlarına, kotteclərə, üzgüçülük mərkəzinə, həmçinin yeməkxanaya və mətbəxə baxış keçirib, turistlərin dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, ərazini gəzib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən və hazırda ölkənin ən yaxşı istirahət mərkəzlərindən olan Duzdağ İstirahət Kompleksi ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir.

Daha sonra AHİK sədri və onu müşayiət edən şəxslər Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkiblər. Mərkəzdə müalicə alanların rahatlığı və istirahəti üçün yaradılan şəraitlə tanış olan AHİK sədri keyfiyyətin daha da artırılması üçün müəyyən tapşırıqlar verib.