8 noyabr Azərbaycanda Zəfər Günüdür

630

Üç il öncə – 2020-ci ildə Vətən övladları böyük sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illər Ermənistan işğalı altında olan torpaqlarımızı böyük qəhrəmanlıqlar göstərərək azad etdi. Bu tarixi Qələbə torpaqlarımızın geri qaytarılması ilə yanaşı, həm də milli ləyaqətimizin, qürurumuzun təntənəsidir. Fəxarətlə deyə bilərik ki, ərazi bütövlüyümüz tam bərpa olunub, dövlətimizin suverenliyi ölkəmizin bütün ərazisində təmin edilib. Bu gün üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız Şərqi Zəngəzurda və Qarabağda, o cümlədən Şuşada, Hadrutda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla pərvazlanır. Böyük sərkərdəlik məharəti, qətiyyətli mövqeyi və polad iradəsi ilə xalqımıza parlaq Zəfərin sevincini yaşadan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, yüksək döyüş ruhu və əzmkarlığı ilə düşməni məhv edən qüdrətli Ordumuzun əsgər və zabitlərinə sonsuz təşəkkür edirik.

Vətən uğurunda canından keçən oğul və qızlarımızı dərin ehtiramla yad edir, onların valideynlərinə və ailələrinə səbir diləyirik.