12 noyabr Azərbaycanda Konstitusiya Günüdür

741

Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də xalqın iradəsi əsasında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım və böyük nailiyyət idi. Azərbaycanın Konstitusiyası demokratiyanın təməl prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının üstünlüyünü, siyasi plüralizmi, hakimiyyət bölgüsünü təsbit etməklə müasir dünyanın ən mükəmməl ali qanunlarından biri hesab olunur. İnsanın sahib ola biləcəyi bütün hüquqlar, o cümlədən əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar Konstitusiyamızda əksini tapıb və hər bir maddə vətəndaşların mənafeyinə xidmət edir. Böyük fəxarətlə deyə bilərik ki, Şərqi Zəngəzurun və Qarabağın Ermənistanın işğalından azad edilməsi ilə Azərbaycanın konstitusiya quruluşu bərpa edilmiş oldu. Bu, böyük qələbə və tarixi nailliyyətdir.

Bütün həmvətənlərimizi Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, müstəqil və suveren dövlətimizin daha da güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayırıq.