“Zəfər” futbol turnirinə start verilib

1387

“Heydər Əliyev İli” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqının birgə təşkil etdiyi “Zəfər” futbol turniri start götürüb.

Ənənəvi keçirilən “Zəfər” futbol turniri bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdiyindən yarışın formatı dəyişdirilib, dövlət qurumları ilə yanaşı, Aqrar sahədə fəaliyyət göstərən 12 özəl şirkətin komandaları da mübarizəyə qoşulub. “Azersun Holding” MMC, “Agro Dairy” MMC, “AZGRANATA” MMC, “Azərpambıq ASK” MMC, P-Aqro” MMC, MKT, Aqrar İnnovasiya və Təchizat Şirkəti, Səba Şirkətlər Qrupu, “Grand-Agro” MMC, “Aqrarco” MMC, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar İnkişaf Könüllülərinin qoşulduğu yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin irsinin təbliği, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq münasibətlərinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili, idmanın kütləviliyinin təmin olunmasıdır.