PARŞ İcraiyyə Komitəsinin onlayn iclası keçirilib

446

Oktyabrın 17-də Pan Avropa Regional Şurası (PARŞ) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.

İclasda 2020-2023-cü illərdə qurumun fəaliyyəti ilə bağlı hesabat dinlənilib, 2023-2027-ci illər üçün fəaliyyət proqramı, 2024-cü ilin iş planı, Baş Assambleyanın çağırılması və gündəliyinin müəyyən edilməsi, həmçinin digər cari və təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbaliyev də qoşulub və müzakirələrdə iştirak edib.