Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov AHİK sədri Səttar Möhbalıyevi təbrik edib

394

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli qardaşım Səttar Suliddin oğlu!

Özbəkistan Həmkarlar İttifaqları Federasiyası  və şəxsən  öz adımdan Sizi və Sizin timsalınızda ölkənizin bütün həmkarlar ittifaqı üzvlərini əlamətdar gün -Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm!

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan həmkarlar ittifaqları işçilərin qanuni hüquq və mənafelərini qoruyan güclü və etibarlı qüvvəyə çevrilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası çoxşaxəli fəaliyyətində ölkənizin sosial-iqtisadi inkişafı, işçilərin əmək hüquqlarına riayət olunması və onlara layiqli iş şəraitinin yaradılması istiqamətində misilsiz təcrübə qazanıb.

Dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, son illərdə Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri yeni, daha yüksək səviyyəyə yüksəlir, strateji əhəmiyyət kəsb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana son dövlət səfərinin çox səmərəli nəticələri bunu bir daha təsdiq etdi.

Fürsətdən istifadə edərək dost Azərbaycanın inkişafı naminə olan  fəaliyyətinizdə Sizə  və həmkarlar  ittifaqı ailəsinə uğurlar arzulayıram”.