Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub

543

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərlə görüş keçirilib. Şuranın əməkdaşları şagirdlər tərəfindən böyük sevinclə qarşılanıb.

Görüş zamanı şagirdlərlə söhbətlər aparılıb, onlara təhsillərində uğurlar arzulanıb. Həmçinin internat məktəbinin xüsusi qayğıya ehtiyacı olan ümumilikdə 54 şagirdinə məktəbli ləvazimatları, idman formaları və ayaqqabıları, gigiyenik vasitələr və şirniyyatlar verilib.