Bu gün Qubadlı Şəhəri Günüdür

348

Bu gün – oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. Qubadlı şəhərinin azad olunması 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu tapşırığın da öhdəsindən rəşadətlə gələrək oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15212 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Hazırda Qubadlı şəhərində abadlıq-quruculuq işləri aparılır, yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. İnanırıq ki, Qubadlı yaxın gələcəkdə ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq.