“Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən bilik yarışı təşkil olunub

897

Azərenerji ASC-nin müəssisələri arasında “Heydər Əliyev İli” çərçivəsində “İntellekt bilik yarışı” keçirilib.
Avqust ayından mərhələlərlə təşkil edilən (müəssisə daxili, zonalar üzrə) yarışın final mərhələsi Bakı şəhərində baş tutub və 7 komanda (Mingəçevir REŞ, Mingəçevir SESS, Sumqayıt YGEŞ, Şirvan REŞ, Cənub ES, Abşeron REŞ və Qobu ES MMC) mübarizə aparıb.
Finalda “Sumqayıt YGEŞ” MMC 1-ci yeri, “Qobu ES” MMC 2-ci yeri, “Cənub ES” MMC 3-cü yeri qazanıb.
Qaliblər “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok və fəxri fərmanla təltif edilib. Həmçinin onlara pul mükafatı verilib.