AHİK sədri Səttar Möhbalıyev Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksində görülən işlərlə tanış olub

565

Oktyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

AHİK sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına alınmış Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinə baxış keçirilib. AHİK sədri Kompleksdə görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.