Sentyabrın 13-də bir çox rəsmi qonaqların iştirakı ilə Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədli keçiriləcək “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirin açılış mərasimi olub.
Naxçıvan Futbol Federasiyasının prezidenti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Ağrı Valisi Mustafa Koç, UYAFA Onursal başkanı Özcan Şimşek, Ağrı İbrahim Çeçen Üniversitetinin rektoru Abdulhalik Karabulut və Ağrı Jandarma komutanı rəsmi qonaqların sırasında olub.
Açılışdan sonra Ağrı valisi Mustafa Koç Naxçıvan Futbol Federasiyanın prezidenti Qəzənfər Abdullayevin rəhbərlik etdiyi Naxçıvandan gələn nümayəndə heyətini qəbul edib.
Qeyd edək ki, sentyabrın 12-də turnirin püşk atma mərasimi keçirilib. Yarışda iştirak edəcək 13 komanda 4 qrupa ayrılıb. A qrupunda 4 komanda, B,C,D qrupunda isə 3 komanda mübarizə aparacaq. Püşkün nəticələrinə görə, Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası D qrupunda mübarizə aparacaq. D qrupunda komandamızın rəqibləri Şırnak və Osmaniyyə komandaları olacaq. Bu gün Şırnak və Osmaniyyə komandalarının oyunu keçiriləcək. Sabah isə qalib komanda ilə Araz-Naxçıvan mübarizə aparacaq.