Tələbə adını qazanan metropolitençi övladları mükafatlandırılıb

707

“Bakı Metropoliteni” QSC-nin Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) ali məktəblərə yüksək balla qəbul olmuş metropolitençi övladları və onların valideynləri ilə görüş keçirilib.

MİHİ sədri Arif Mərdanov qəbul imtahanlarında yüksək nailiyyətlər əldə etmiş metropolitençi övladlarına QSC sədri Zaur Hüseynovun və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təbriklərini çatdırıb, gənclərə təhsil sahəsində uğurlar arzulayıb.

Qeyd edək ki, bu il qəbul imtahanlarında Bakı metropoliteninin 4 əməkdaşının övladı 600 baldan yuxarı nəticə göstərib. Depolar üzrə iş departamentinin texnoloqu İrina Kuramşinanın oğlu Dmitri Kuramşin 660,1 balla Azərbaycan Fransız Universitetinin Kompüter elmləri fakültəsinə, Tunel qurğuları xidmətinin mühəndisi Səfurə Namazovanın qızı Ayan Namazlı 657 balla Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə, tunel fəhləsi Samir Mənsurovun oğlu Elnur Mənsurov 647,7 balla Azərbaycan Fransız Universitetinin Neft-qaz fakültəsinə, Nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonunun operatoru Qabil Əliyevin övladı Ramin Əlizadə 602,7 balla Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olub.

Tədbirdə səhmdar cəmiyyətinin və həmkarlar ittifaqının hədiyyələri tələbə adını qazanan gənclərə təqdim edilib.