SİHİ RK-nın sədri Emin Əfəndiyev təltif olunub

1157

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) sədri Emin Əfəndiyev “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi Yubiley döş nişanı” ilə təltif edilib.

O, həmkarlar ittifaqı sıralarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Mükafatı Emin Əfəndiyevə təqdim edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev onu təbrik edib, fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb.