Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət planına uyğun olaraq rayonlarda hesabat, maarifləndirmə tədbirləri keçirilir. BHİK-nin ən böyük üzv təşkilatı olan Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsi Şamaxı şəhərində Bitki Mühavizə və Fumiqasiya Mərkəzi ilə birlikdə tədbir keçirib. Tədbirdə mərkəzin bitki mühavizə sahəsində gördüyü işlərin yekun hesabatı dinlənilib, qarşıda duran vəzifələrdən danışılıb. Regional mərkəzlərin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə xidməti fəaliyyətində fərqlənən əməkdaşlara AXA-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Şəhriyar Alxanov tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.