KTN BHİK elmi-tədqiqat institutunun direktorunu təltif edib

1223

Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

KTN-in Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə baş tutan tədbirdə elm adamları, ziyalılar, institutun əməkdaşları iştirak ediblər.

Yubliyarı təbrik edən KTN BHİK-nın sədri Fuad Məmmədov onun mənalı və şərəfli ömür yolundan, səmərəli və fədakar əmək fəaliyyətindən, elmi nailiyyətlərindən, rəhbərlik etdiyi institutun göstəricilərindən, ölkəmizdə meyvə və çayçılığın inkişafına verdiyi töhfələrdən bəhs edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

F.Məmmədov həmçinin İlham Qaraqurbanlıya rəhbərlik etdiyi komitənin adından fəxri diplom və qiymətli hədiyyələr təqdim edib.

Yubiley tədbirində eləcə də akademik Adil Qəribov, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Ələkbərov,  Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev, Mikrobiologiya İnstitutunun direktoru Pənah Muradov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, AMEA-nin Torpaqşünaslıq İnstitutunun direktoru Əlövsət Quliyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxışlar edərək yubliyarın elmi və əmək fəaliyyətindən, nümunəvi davranışlarından söz açıb, ünvanına xoş sözlər səsləndirib və təbriklərini çatdırıblar. Tədbirdə digər çıxışlar da dinlənilib və yubiley ziyafətlə davam edib.