Kənd təsərrüfatı sahəsində əmək hüquqları ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

725

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) respublikamızın regionlarında əmək hüquqları ilə bağlı maarifləndirmə işlərini davam etdirir.
Növbəti tədbir Qax Damazlıq İpəkçilik Stansiyasında təşkil olunub. Öncə Stansiyanın direktoru Əkrəm Fətəliyev müəssisədə mövcud olan əmək münasibətlərindən, işçilər üçün yaradılmış layiqli iş şəraitindən və onlara göstərilən diqqət və qayğıdan bəhs edib.

BHİK-nın Təşkilat şöbəsinin müdiri Anar Tağıyev isə həmkarlar ittifaqlarının funksiyalarından və gördüyü işlərdən danışıb, əmək hüquqları haqqında kollektivə ətraflı məlumat verib, eləcə də kollektiv müqavilə ilə tərəflərin üzərinə düşən öhdəliklərdən söz açıb. Tədbirdə həmçinin iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Sonda ölkəmizdə ipəkçiliyin inkişafında göstərdiyi xidmətlərə görə fərqlənən Stansiyanın əməkdaşlarına fəxri fərmanı və hədiyyələr verilib.