Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Adil Kərimzadə təltif edilib

961

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (KTN BHİK) dəstəyi, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin bitkiçilik sektorunun müdiri Adil Kərimzadənin 60 illik yubileyi qeyd edilib.
Bu münasibətlə keçirilən tədbirdə KTN BHİK-nın Təşkilat şöbəsinin müdiri Anar Tağıyev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov və kollektiv üzvləri iştirak ediblər. Mərkəzin direktoru Elməddin Əhmədov əlamətdar gün münasibətilə Adil Kərimzadəni təbrik edib, ona rayonun kənd təsərrüfatının inkişafında verdiyi töhfələrə görə təşəkkür edib. Həmçinin qeyd edib ki, bu gün Mərkəzin daha 3 əməkdaşı – heyvandarlıq sektorunun müdiri Ramin Kərimov, baş məsləhətçi-hüquqşünas Aynurə Nuriyeva və texniki nəzarət üzrə baş məsləhətçi Rəfail Mustafayev də il ərzində öz səmərəli fəaliyyətləri ilə seçiliblər.
BHİK-nın Təşkilat şöbəsinin müdiri Anar Tağıyev çıxışında əməyin mühafizəsinin təşkili və təmin olunması istiqamətində həmkarlar ittifaqlarının rolundan bəhs edib. O qeyd edib ki, əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, onların həvəsləndirilməsinə yönəlmiş kompleks tədbirlər davam etdirilir.
Sonda yubilyara və səmərəli fəaliyyətləri ilə seçilən əməkdaşlara diplom və fəxri fərmanlar təqdim edilib.