Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə təşəkkür məktubu ünvanlayıb.
Məktubda bildirilib ki, Heydər Əliyev ili çərçivəsində AHİK-in də maddi dəstək göstərdiyi “Heydər Əliyev-100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi uğurla başa çatıb. Dünyanın 53 ölkəsini təmsil edən 100-dən çox gənc azərbaycanlı düşərgədə iştirak edib. Düşərgə müddətində gənclər, yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda təlimlərdə, yarışlar və panel müzakirələrində, mədəni-tarixi yerlərə təşkil olunacaq ekskursiyalarda iştirak edib, Azərbaycanın görkəmli mədəni və siyasi xadimləri ilə görüşüblər.
Həmçinin vurğulanıb ki, Azərbaycan diasporunun inkişafı, daha da güclənməsi naminə irəli sürülən milli, tarixi və mədəni təşəbbüsləri dəstəklədiyinizə və bu istiqamətdə bizimlə sıx əməkdaşlığınıza görə, Sizə dərin minnətdarlığımızı bildirir, xoşməramlı fəaliyyətinizdə uğurlar arzu edirik.
Ana səhifə AHIK Xəbərləri Azərbaycan Diasporuna Dəstək Fondu AHİK sədri Səttar Möhbalıyevə təşəkkür edib