AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın onlayn iclasında iştirak edib

701

Sentyabrın 14-də Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) Şurasının onlayn iclası keçirilib.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, ÜHİK-nın vitse-prezidenti Səttar Möhbalıyev də iştirak edib.

Tədbirdə ÜHİK-ın 2022-ci ildə və 2023-cü ilin ötən dövrü ərzində fəaliyyəti ilə bağlı məruzə dinlənilib, təşkilatı məsələlərə baxılıb, qarşıdakı vəzifələr müəyyənləşdirilib.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.