AHİK sədri Səttar Möhbalıyev Almaniya həmkarlar ittifaqlarının nümayəndəsi ilə görüşüb

786

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının Gender bərabərliyi məsələləri üzrə məsləhətçisi xanım Kristina Stokfiş ilə görüşüb.

Görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

AHİK-in fəaliyyətindən söz açan Səttar Möhbalıyev qonağa qurumun tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında məlumat verib. Azərbaycan həmkarlar ittifaqlarının gender siyasətinə toxunan Konfederasiya sədri bu barədə statistik göstəriciləri almaniyalı qonağın diqqətinə çatdırıb. Səttar Möhbalıyev həmçinin Almaniya Həmkarlar İttifaqları Konfederasiyası ilə AHİK-in Pan Avropa Regional Şurası çərçivəsində əməkdaşlığına toxunub və həmkarlar ittifaqları sahəsində Almaniya təcrübəsinin əhəmiyyətindən danışıb.

Səmimi görüşə görə, təşəkkür edən xanım Kristina Stokfiş Azərbaycanda ilk dəfə olduğunu deyib və Bakının gözəlliyi, insanların qonaqpərvərliyi onda xoş təəssüratlar yaratdığını bildirib. Vurğulayıb ki, AHİK-in effektli gender siyasəti onlar üçün böyük təcrübədir, sıralarınızın 52,3 faizini qadınlar təşkil edir. Qeyd edib ki, Almaniyada da həmkarlar ittifaqlarında qadınların sayının artırılması istiqamətində səylə çalışılır.

Görüşdə həmçinin maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub.