AHİK nümayəndə heyəti Özbəkistanda səfərdədir

354

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir.

Nümayəndə heyətinin rəhbəri, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səfər çərçivəsində paytaxt Daşkənd şəhərində bir sıra görüşlər keçirəcək, o cümlədən Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqovla iki ölkənin həmkarlar ittifaqları arasında mövcud vəziyyət və gələcək perspektivlər mövzusunda danışıqlar aparacaq, əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanacaq.

Nümayəndə heyətinin həmçinin qardaş ölkənin həmkarlar ittifaqının fəal üzvləri ilə görüşü nəzərdə tutulub.

Eləcə də nümayəndə heyəti Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının təsis konfransında iştirak edəcək.