AHİK İcraiyyə Komitəsinin iclası keçirilib

982

Sentyabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclası giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə AHİK-in VI Məclisinin çağırılması və digər təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb. Səsçoxluğu ilə qəbul olunmuş qərarla AHİK-in VI Məclisinin vaxtı və mövzusu təsdiqlənib. Həmçinin digər məsələlər də səsə qoyularaq qəbul edilib.

Sonda AHİK sədri işçilərin istirahəti, müalicəsinin təşkili, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzinə müalicə kursu keçmək üçün müraciət edənlərin yollayışla təmin edilməsi ilə bağlı tapşırıqlar verib.