Türkiyənin İşçi Həmkarlar İttifaqı Təşkilatları Konfederasiyasının sədri Ərgün Atalay Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə təşəkkür məktubu ünvanlayıb

325

Məktubda deyilir:
“Böyük zəhmətiniz sayəsində AHİK və TÜRK-İŞ-in birgə yığıncağına və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilənin imzalanma mərasiminə ev sahibliyi etdiyiniz üçün Sizə və AHİK-in üzv təşkilatlarına, rəhbərlik etdiyiniz qurumun əməkdaşlarına təşəkkürümü bildirirəm.
Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması ilə bağlı yığıncağın Azərbaycan, Türkiyə və digər türk dövlətləri üçün son dərəcə əhəmiyyətli olan, işğaldan azad edilməsi uğurunda şəhidlərin verildiyi Qarabağ bölgəsində – Şuşa şəhərində keçirilməsi bizi çox qürurlandırdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Qalib əsgərlərinizə isə minnətdarlıq edirəm.
Konfederasiyalarımız arasında ikitərəfli əlaqələr Sizin uzaqgörənliyiniz və verdiyiniz töhfələr sayəsində daim inkişaf edib və arzulayırıq ki, bundan sonra da inkişaf etsin.
Şuşa şəhərində imzalanmış müqavilədən son dərəcə məmnunuq. İnanıram ki, uğurlu başlanğıc etdik və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatında birgə işimizi səbrsizliklə gözləyirəm.
Bir daha Sizə və AHİK-in üzv təşkilatlarına dərindən təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”.