Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Muxtar Respublikanın Futbol Federasiyasının sədri seçilib

470

31 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı keçirilib. Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.