KTN BHİK Cəlilabad və Qobustan rayonunda zəhmətkeşlərlə görüş keçirib

465

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədiqat İnstitunun Cəlilabad və Qobustan Bölgə Təcrübə Stansiyasında kollektiv ilə növbəti görüşlər keçirilib. Görüşlərdə həmkarlar ittifaqları fəalları ilə yanaşı kollektiv nümayəndələri iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Anar Tağıyev ilk öncə BHİK-in fəaliyyət istiqamətini və məqsədini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Əməkçilərin hüquqlarının qorunması sahəsində nəzarətin hər zaman ön planda olmasını, işçilərin əmək və istirahət vaxtlarının səmərəli keçirilməsini, əməyin mühafizə xidmətinin təşkilini, isti və soyuq hava şəraitində işdə fasilələrin verilməsini, gigiyenik qaydaların normaya uyğun təşkil olunmasının vacibliyinin təmin olunması bildirib.