“Heydər Əliyev zirvəsi”nə yürüş təşkil olunub

447

Bu il Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edir.

Avqustun 20-də Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.