AHİK-in sədri Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfər edib

549

Avqustun 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfər edib.

Səfər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edilməsi ilə başlayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına yeni alınmış “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və Ağbulaq İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri ilə tanış olunub.
AHİK sədrinin diqqətinə çatdırılıb ki, uzun müddət baxımsız vəziyyətdə olan mərkəzlərdə artıq vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılır.