Əmək Kollektivi ilə görüs keçirildi

690

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi şəxs kollektivi ilə görüş keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov kollektivə həmkarlar təşkilatının üzərinə düşən vəzifələr və bu vəzifələrin yerinə yetirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb.

Fuad Məmmədov qeyd edib ki, üzvlərin sağlamlığının qorunması,işçilərin asüdə vaxtlarının səmərəli təşkili, onlar üçün layiqli iş şəraitinin yaradılması,əmək hüquqlarının qorunması daim həmkarlar təşkilatlarının diqqət mərkəzindədir.

Görüş çərçivəsində İnstitutun İdarə Heyətinin sədr müavini Biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Əsgərova 65 illik yubileyi münasibəti ilə həmkarlar ittifaqı komitəsi tərəfindən fəxri fərman və hədiyyə verilib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Publik Hüquqi şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyev elm sahəsin də çalışan insanlara diqqət və qayğıya görə Kənd Təsərrüfatı Nazirliyinin BHİK-nə təşəkkür edib,fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda Yubiliyar və digər çıxış edənlər görüşdən məmnun qaldıqlarını bunu  əməyə verilən qiymət kimi dəyərləndiriblər.