Təltif edilən ittifaq üzvləri ilə görüş keçirilib

415

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası həmkarlar ittifaqlarının inkişafında xidmətlərinə görə, AHİK-in 30 illik yubiley döş nişanı, fəxri fərman və digər təltifnamələrlə təltif edilmiş üzvlərinə mükafatların təqdim olunması mərasimini keçirib.

Tədbirdə çıxış edən Federasiyanın sədri Tofiq Quliyev Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi inkişaf yolundan, funksiyalarından, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən danışıb.

Sonra təltif olunmuş üzvlərə mükafatlar təqdim olunub.

İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə, Federasiyanın rəhbərliyinə təşəkkür edib və bildiriblər ki, bundan sonra da həmkarlar ittifaqlarının  hüquqlarının,  onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səylə çalışacaqlar.