Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası şəhid ailələrinə bayram sovqatı verib

696

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərə hər zaman dəstək olur, himayəsində olan şəhid övladlarına diqqət və qayğı göstərir.
Qurban bayramında da Federasiyanın Aparat rəhbəri Rüfət Bürcəliyev və maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasımov Ağsu və Qazax rayonlarında, eləcə də Mingəçevir şəhərində şəhid ailələrini ziyarət ediblər. Görüş zamanı şəhid ailələri onlara göstərilən qayğıdan və ali münasibətdən razılıqlarını ifadə ediblər.
Ziyarət olunan ailələrə bayram sovqatları verilib.