DİİXİ Hİ Respublika Komitəsinin xidməti sahəsinə aid olan təşkilatlar arasında keçirilən, Ümummilli lider H.Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Respublika Spartakiadasının qalibləri mükafatlandırılmışdır.
Futbol, Şahmat, Dama və Stolüstü tennis növləri üzrə keçirilən Spartakiadanın qalib komandalarının nümayəndələri və təmsil olunduqları həmkarlar ittifaqı təşkilatının sədrlərinin iştirakı ilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilən tədbirdə turnirin gedişatı və nəticələri barədə tədbirin baş hakimi Ə.Mehtiyev məlumat vermişdir.
Futbol yarışlarının qalibi olaraq Daxili İşlər Nazirliyinin komandası I yerə, Ədliyyə Nazirliyi II yer, Heydər Əliyev mərkəzinin komandası isə III yerə çıxmışdır.
Dama yarışlarının qalibi Dövlət Miqrasiya Komitəsi, stolüstü tennis və şahmat yarışlarında 1-ciliyin sahibi “Azərbaycan Beynəlxalq Bankı” ASC-in komandası olmuşdur.
Ümumkomanda hesabında hər yarış üzrə ən çox xalı toplayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası spartakiadanı 1-ci yerdə başa çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göstərdiyi diqqət və qayğıdan bəhs edən Respublika Komitəsinin sədri Hikmət Osmanov Ulu öndərin xatirəsinə həsr edilən spartakiadanın yüksək şəkildə keçirilməsindən və üzvlərin bu yarışlara marağından məmnunluğunu dilə gətirdi.
Sonda yarışlarda qalib gələn hər komandaya təltif və pul mükafatlarını təqdim edildi.