AHİK-in nümayəndələri BƏT-nin seminarında iştirak edir

755

Gürcüstanın Bakuriani şəhərində “Böhran zamanı və sonrakı dövrdə həmkarlar ittifaqları üçün strateji kommunikasiyalar” mövzusunda seminar keçirilir.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan seminarda BƏT-nin nümayəndələri – Sergiyus Qlovaskas, Qoça Aleksandriya və Mamadou Kaba, eləcə də Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndə heyətləri iştirak edir.

Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini Qara Ağayev, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov və Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri vəzifəsini icra edən Rauf Hacıyev təmsil edir.

Tədbirdə əsasən baş verən böhranların aradan qaldırılması yolları və həmkarlar ittifaqları arasında həmrəyliyin gücləndirilməsi ilə bağlı çıxışlar olub, rəy və təkliflər səslənib.

Azərbaycan nümayəndə heyəti də seminarda çıxış edərək böhrandan çıxış yolları və bu istiqamətdə ölkəmizin həmkarlar ittifaqlarının gördüyü işlər, o cümlədən pandemiya dövründə atdığı addımlar barədə məlumat verib.

Qeyd edək ki, seminar 3 gün davam edəcək.