İyulun 20-də Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) Gənclər Şurasının onlayın iclası keçirilib.
İclasda cari və təşkilati məsələlərə baxılıb, Gənclər Şurasının tərkibi təsdiqlənib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini, Gənclər Şurasının sədri Qara Ağayev ÜHİK Gənclər Şurasının tərkibində yer alıb. Belə ki, Q.Ağayev ÜHİK Gənclər Şurasının sədr müavini seçilib.
Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.
Ana səhifə AHIK Xəbərləri AHİK-in əməkdaşı Ümumhəmkarlar İttifaqları Konfederasiyasında vəzifəyə seçilib