Azərbaycanda taxıl biçini ilə əlaqədar “Ən yaxşı mütəxəssis”, “Ən yaxşı mühəndis-mexanik”, “Ən yaxşı mexanizator”, “Ən yaxşı bölmə rəhbəri” müsabiqəsi elan olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılması məqsədi daşıyır.
Müsabiqədə iştirak edəcək namizədlər yüksək peşə hazırlığına və əmək intizamına cavab verməli, biçin dövründə əldə etdiyi nəticələr yüksək olmalıdır.
Müsabiqədə qalib gələn əməkdaşlara Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin diplom və mükafatları veriləcək.