Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

513

İyunun 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında yaşayan 1250 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələrinə ərzaq yardımı yola salınıb.
Mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər.

Həmçinin AHİK sədri Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Anar İbrahimov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevlə birgə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının inzibati binasında aparılan yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olub.