IUF-in 28-ci qurultayı keçirilib

642

İsveçrənin Cenevrə şəhərində Qida, Kənd Təsərrüfatı, Tütün Sənayesi və müvafiq Sahə İşçilərinin Beynəlxalq İttifaqının (IUF) 28-ci Qurultayı keçirilib.

Qurultayda 85 ölkədən 202 üzv təşkilatın nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan, Serbiya, Monteneqro, Qırğızıstan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrdən gələn qonaqlar iştirak ediblər. Tədbirdə ölkəmizi “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının Aparat rəhbəri – Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev təmsil edib.

Qurultayın gündəliyində ötən dövr ərzində görülən işlərin hesabatı, qurumun Nizamnaməsinə nəzərdə tutulan əlavə və dəyişikliklər və təşkilati məsələlər yer alıb. Tədbirdə gündəlikdə duran məsələlərin geniş müzakirəsi aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.