“Heydər Əliyev İli” çərçivəsində minifutbol turniri keçirilir

518

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) xidmətində olan üzv təşkilatlar arasında minifutbol turniri keçirir.

“Heydər Əliyev İli” çərçivəsində baş tutan yarışın açılış mərasimində çıxış edən Respublika Komitəsinin Aparat rəhbəri Zaur Həmidov turnirin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından söz açıb, mədəniyyət, idman və gənclər sahəsinə olan diqqət və qayğısından bəhs edib.

Ardınca turnirdə mübarizə aparacaq 12 komanda tamaşaçılara təqdim olunub və Dövlət Himni səsləndirilib. Sonra AHİK və AHİTA komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qeyd edək ki, turnir iyunun 24-dək davam edəcək.