Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Qurban bayramı münasibətilə təbriki

566

Təbrikdə deyilir:
“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıram.
İnsanları birliyə, mənəvi saflığa, xeyirxah əməllər naminə həmrəyliyə çağıran Müqəddəs Qurban bayramı ölkəmizdə milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxah duyğuların təntənəsinə çevrilib.
Bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biridir.
Əziz həmvətənlər, bir daha bu əziz gün münasibətilə hər birinizə xoş arzularımı yetirir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm. Süfrələriniz hər zaman bol ruzili və xeyir-bərəkətli olsun.
Allah kəsilən qurbanlarınızı qəbul etsin!”