26 İyun – Silahlı Qüvvələr Günüdür

1231

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi diqqət çəkir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə böyük bir missiyanı yerinə yetirərək şanlı tariximizi yazdı. Xalqımızın hər bir nümayəndəsi öz Ordusuna inanır və gücünə güvənir.