Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bilik yarışı keçirilib

530

“Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışı keçirilib.

Yarışda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında çalışan işçilərdən ibarət 16 komanda iştirak edib. Hər komandada 6 nəfərin yer aldığı bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib.

Nəticədə “Zəka” bilik yarışında Aqrar Kredit və İnkişaf Agentliyinin komandası 1-ci, Aqrar Tədarük və Təchizat ASC-nin komandası 2-ci, Kənd Təsərrüfatı Nazirliyinin komandası 3-cü yeri tutub.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən Birləşmiş Həmkarlar İttifaqının sədri Fuad Məmmədov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən, aqrar sahənin inkişafında xidmətlərindən bəhs edib.

Sonda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.