Muzeyin direktoru 70 illik yubileyi münasibətilə təbrik edildi

580

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və Komitənin əməkdaşları Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyində olublar.

Qorunan eksponatlarla tanış olan Komitənin əməkdaşlarına Muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra Muzeyin direktoru Natiq Qurbanovla görüşən Fuad Məmmədov onu 70 illik yubileyi münasibətilə təbrik edib, həmkarlar ittifaqı adından xatirə plaketi və hədiyyələr verib. Natiq Qurbanov ona göstərilən yüksək hörmətə və diqqətə görə təşəkkürünü bildirib.