Heydər Əliyevin 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib

466

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbirdə səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Respublika Diaqnostika Mərkəzinin direktoru Oqtay Şirəliyev, Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin Onkolojı Klinikasının direktoru Əhliman Əmiraslanov, Bakı şəhərində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin rəhbərləri, həmkarlar ittifaqı komitələrinin sədrləri və fəal ittifaqı üzvləri iştirak ediblər.

Azərbaycan Tibb Universitetinin tələbələrinin aparıcılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, səhiyyə sahəsinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub, dahi rəhbərə həsr edilmiş müsiqilər səsləndirilib.

Sonra ATU-nun “Çinar” rəqs qrupu proqramla çıxşlar edib.