Bu gün Azərbaycanda Müstəqillik Günüdür

568

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməklə xalqımızın azadlıq ideyalarını reallaşdırdı, çoxəsrlik dövlətçilik ənənələrini bərpa etdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Üstündən 70 il keçəndən sonra – 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Bu gün Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.