“BEnevolent drone” layihəsinin sərgisi təşkil olunub

402

Əmək və Sosial Münasibətlər Akademiyasında “BEnevolent drone” layihəsinin sərgisi keçirilib.

Sərgi Akademiyanın “Enactus” layihəsinin komanda kapitanı Zəhra Əhmədzadə və fəal üzvləri tərəfindən nümayiş etdirilib.

Qeyd edək ki, “BEnevolent drone” layihəsi komandanın Azərbaycan Universitetləri arasında keçirilən “Enactus Azərbaycan” milli müsabiqəsində iştirak etmək üçün üzərində çalışdığı sosial sahibkarlıq layihəsidir.