Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AİHİ RK) təşkilatçılığı ilə aprelin 26-dan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölmələri və Heydər Əliyev Beynəlxalq Aeroportun ərazisində xidmət göstərən təşkilatlar arasında mini-futbol, qaçış (1000 m), turnikdə dartınma, daşqaldırma, nərd və şahmat üzrə keçirilmiş yarışlar mayın 10-da başa çatıb.
Mayın 10-da mini-futbol yarışlarının final qarşılaşmasında Hava Nəqliyyatında Baş Polis İdarəsinin mini-futbol komandası Aviasiya Təhlükəsizlik Baş İdarəsinin komandasına qalib gələrək birinci, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin komandası ikinci, Uçuşların İstehsalı İdarəsinin komandası isə üçüncü yeri qazanıb.
Sonda Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundov çıxış edərək qalib komandaları təbrik etdikdən sonra təntənəli surətdə kuboku sahibinə təqdim edib.
Qalib komandaların və müxtəlif idman növləri üzrə qalib gəlmiş idmançıların hər biri pulla mükafatlandırılıb.