Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mayın 10-da – Ulu Öndər Heydər Əliyevin doğum günündə bir qrup Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri, əmək veteranları, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.
Görüşdə AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.
Görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib.