AƏSMA-nın əməkdaşları təltif olunub

635

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) əməkdaşları təltif edilib.

Belə ki, Akademiyanın Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova, Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Firanə Məmmədova, İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyev və Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Bağırzadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanı ilə təltif olunublar.