ƏSMA-da gender məsələlərinə həsr edilmiş tədbir keçirilib

516

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) gender bərabərsizliyinə qarşı mübarizəyə dair “Bərabərsizliyə son” adlı tədbir keçirilib.

Gender Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə AƏSMA rəhbərliyi, professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.

Tədbirin açılışından sonra “Sosial iş” fakültəsinin tələbələri “Bərabərsizlik”, “Zabit qadın”, “Səssiz qışqırıqlar”, “Əmin əllərdə”, “Kəsişmə”, “Cəmiyyəti inşa edirəm”, “Susmuş vicdan” kimi bir sıra maraqlı səhnəcik və monoloqlarla çıxışlar ediblər. Çıxışlarda cinsi ayrı-seçkiliyin aradan qaldırılmasının zəruriliyi, erkən nikahların fəsadları, gender bərabərsizliyinin yaranma səbəbləri və məişət zorakılığının aradan qaldırılması kimi vacib məsələlərə toxunulub.

Sonda HİH və sosial fənlər kafedrasının dosenti Zeynəddin Şabanov və Gender Araşdırmalar Mərkəzinin müdiri Məhsəti Cəfərovanın mövzu üzrə çıxışları olub.