Şəhid ailələri ziyarət olunub

470

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası şəhidlərimizin ailə üzvlərinə və qazilərə daim dəstəyini göstərir.
Hazırda Federasiyanın himayəsində 3 şəhid ailəsinin üzvləri var. Ramazan bayramı ərəfəsində Federasiyanın Aparat rəhbəri Rüfət Bürcəliyev və Maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov Ağsu, Mingeçevir və Qazaxda həmin şəhid ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıblar. Həmçinin bayram münasibəti ilə ailələrə sovqat verilib. Göstərilən diqqət və qayğıya görə, təşkilatçılar razılıqlarını ifadə ediblər.