Milli Məclisin deputatları Polşaya rəsmi səfər edib

512

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşa Respublikasının paytaxtı Varşava şəhərinə rəsmi səfərə edib.

Nümayəndə heyətinin tərkibinə deputatlar Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildir.

Varşavanın hava limanında nümayəndə heyətini Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşa Seyminin protokol xidmətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Polşa Prezidenti, Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.